25.8 C
Gence
25.8 C
Gence

Gəncədə bir avtomobil iki qəza törətdi

Gəncədə 2 yanvar tarixində avtomobil qəzası baş verib. Bu haqda Gencexeber.az-a məlumat daxil olub.

Hadisə saat 12:00 radələrində Nizami Gəncəvi prospekti ilə Müseyib Bağırov küçəsinin kəsişməsində qeydə alınıb. Şahidlərin sözlərinə görə, “Volkswagen” və “VAZ 2107” markalı avtomobillər toqquşub. Birincisi hadisə yerindən qaçmaq istəyərkən “Lada” onun arxasınca düşüb. Bir müddət sonra Yevlax avtovağzalının dairəsi adlanan ərazidə “Volkswagen” səkiyə çırpılıb. Bunu görən “VAZ 2107” markalı avtomobilin sürücüsü ərazidən uzaqlaşıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. “VAZ 2107” markalı avtomobilin sürücüsü axtarılır.

Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan