25.4 C
Gence
18.5 C
Ganja

Gəncədə baş verən yol-nəqliyyat hadisəsi zamanı maşınlar yararsız hala düşüb

Yeni Gəncə qəsəbəsində iki minik avtomobil toqquşaraq yararsız hala düşüb. Bu haqda 29 noyabr tarixində məlumat daxil olub.

Hadisə Bayan küçəsində, 4A marşrut xəttinin sonuncu dayanacağında qeydə alınıb. İlkin məlumata əsasən, “Mercedes” markalı avtomobilinin sürücüsü dönmə əməliyyatı zamanı səhvə yol verib. Bu zaman hərəkətdə olan “VAZ-21099” ona çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmayıb. Avtomobillərin ikisidə hərəkətə yararsız hala düşüblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunaraq araşdırmalara başlayıblar.