Gəncədə iki avtomobil toqquşub. Bu haqda məlumatı iyunun 6-sı Report-a istinadən veririk.
Hadisə Gülüstan qəsəbəsində qeydə alınıb. “VAZ” markalı avtomobil digər minik maşınına çırpılıb. Nəticədə 39 yaşlı E.Məmmədov və daha bir şəxs xəsarət alıblar.
Yol-nəqliyyat hadisəsinin başvermə səbəbləri araşdırılır.