24.8 C
Gence
24.8 C
Gence

Gəncədə avtoxuliqanlıq edən sürücülər inzibati məsuliyyətə cəlb olunublar

Gəncədə “avtoşluq” edən sürücülərin nəqliyyat vasitələri cərimə meydançasına aparılıb. Bu haqda 6 dekabr tarixində Report.az-a istinadən məlumat veririk.

Dövlət Yol Polisinin əməkdaşları reydlər təşkil ediblər. Şəhər ərazisində bir neçə “Lada”, “VAZ”, “Mercedes” və “Tofaş” markalı avtomobillər saxlanılıblar. Monitorinqlər zamanı qanunsuz olaraq nəqliyyat vasitələrində konstruksiya dəyişikliyi və dövlət qeydiyyat nişanı olmadan minik vasitəsinin idarə olunması üzə çıxıb.

Araşdırmalar zamanı məlum olub ki, bəzi sürücülər şəhərin müxtəlif yerlərində təhlükəli manevrlər edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozub, sosial şəbəkələrdə paylaşıblar. Bu hal vətəndaşların narazılığına səbəb olub.

Həmin sürücülər barələrində protokol tərtib edilib və onlar inzibati məsuliyyətə cəlb olunublar.

Ən Çox Oxunan