Gəncədə qanun pozuntularına yol verən sürücülər saxlanılıb. Bu haqda məlumatı iyunun 9-u Report-a istinadən veririk.
Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində reydlər keçiriblər. Onlar yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkəranə şəkildə pozan şəxslərlə bağlı monitorinq aparıblar. Nəticədə vətəndaşların narazılığına səbəb olan sürücülər saxlanılıb.
Bir qrup gənc özlərinə məxsus müxtəlif markalı avtomobillərdə qanunla qadağan edilmiş konstruksiya dəyişikliyi ediblər. Onlar hərəkətdə olarkən, digər hərəkət iştirakçılarına təhlükə yaradıblar.
Polis əməkdaşları tərəfindən həmin şəxslər barəsində qanunamüvafiq tədbir görülüb.
Bundan başqa Xəyal Muxtarovun narkotik vasitənin təsiri altında avtomobil idarə etməsi məlum olub. Həmin şəxs barəsində qanunamüvafiq tədbir görülüb.