14.3 C
Gence
14.3 C
Gence

Gəncədə avtoxuliqanlığın qarşısını almaq məqsədilə reyd keçirilib

Dövlət Yol Polisi şöbəsinin əməkdaşları şəhər ərazisində reydlər təşkil ediblər. Bu haqda məlumatı iyunun 28-i Kəpəz televiziyasına istinadən veririk.

Həyata keçirilən yoxlamalar axşam saatlarında aparılıb. Polis əməkdaşları yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkəranə pozan və vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıblar.

Onlara avtomobillərində etdikləri dəyişikliklərin qadağan olunduğu və şəhər sakinlərinin həm təhlükəsizliyini, həm də rahatlığını pozduqları izah edilib.

Bəzi sürücülər barəsində müvafiq tədbirlər görülüb.

Ən Çox Oxunan