20.8 C
Gence
14.5 C
Ganja

Gəncədə avtomobil qəzası: 3 nəfər xəsarət alıb

Gəncədə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza şəhərin Əziz Əliyev prospektində, avqustun 3 axşam saatlarında qeydə alınıb.

Belə ki, “VAZ 21011” markalı avtomobili idarə edən 26 yaşlı Anar Əsədov öncə ağaca çırpılıb, sonra isə yolun kənarında dayanan 74 yaşlı Reyhan Qocayevanı və 30 yaşlı Maqsud Əliyevi vurub.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha öncə, İyulun 27-i günorta saatlarında Gəncənin Zülfü Hacıyev küçəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. “VAZ 2106” markalı minik maşını yolu keçmək istəyən orta yaşlı İntizam adlı şəxsi vurmuşdu.