19.1 C
Gence
19.1 C
Gence

Gəncədə avtomobil qəzası nəticəsində sıxlıq müşahidə olunub

Gəncədə yol-nəqliyyat hadisəsi səbəbindən sıxlıq müşahidə olunub. Bu haqda Gencexeber.az-ın müxbiri 30 sentyabr tarixində xəbər verib.

Hadisə Şah İsmayıl Xətai prospektində saat 15:00 radələrində baş verib. iki “Mercedes” markalı avtomobillər toqquşub.

İlkin məlumata əsasən, qara rəngində avtomobilin sürücüsü digər maşının arxa hissəsinə çırpılıb. Nəticədə qəza törədən nəqliyyat vasitəsinin önü yararsız hala düşüb.

Əldə etdiyimiz məlumata əsasən, yolda tıxac əmələ gəlmişdir. Qəza zamanı xəsarət alan olmadığı bildirilir.

Hadisə yerinə polis və sığorta şirkətinin əməkdaşları cəlb olunub.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan