25.8 C
Gence
25.8 C
Gence

Gəncədə avtomobil piyada qadını vurub

Gəncədə maşın qadını vurub. Bu haqda məlumat 26 oktyabr tarixində paylaşılıb.

Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində gecə saatlarında qeydə alınıb. Hərəkətdə olan “İnfiniti” markalı minik avtomobili yolu keçmək istəyən 55 yaşlı Qəmər Əfqanini vurub.

Qəza nəticəsində xanım müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya qaldırılıb. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırmalar aparılır.

Ən Çox Oxunan