24.1 C
Gence
24.1 C
Gence

Gəncədə avtomobil işıq dirəyinə çırpılıb

Gəncədə 9 oktyabr gecə saatlarında avtomobil qəzası olub. Bu haqda Gencexeber.az APA-ya istinadən məlumat verir.

Hadisə Gülüstan qəsəbəsində baş verib. “VAZ 21011” markalı avtomobil hərəktdə olan zaman idarəetmədən çıxıb. Nəticədə o, işıq dirəyinə çırpılıb. Avtomobilin sürücüsü Süleyman Abbasov xəsarət alıb. Onu xəstəxanaya yerləşdiriblər.

Faktla bağlı araşdırma aparılır.

 

Ən Çox Oxunan