Nəqliyyat vasitəsi yolun kənarında yerləşən ağaca dəyib. Bu haqda 18 may tarixində Gəncəxəbər.az xəbər verir.
Hadisə şəhərin Nizami küçəsində 17 may tarixində qeydə alınıb. “Qaz-3110” markalı avtomobil yol ilə hərəkət edərkən idarəetməni itirərək ağaca çarpılıb. Nəticədə avtomobilə ciddi ziyan dəyib.