21.4 C
Gence
21.4 C
Gence

Gəncədə avtobusun iştirakı ilə zəncirvari qəza olub

Gəncədə zəncirvari qəza baş verib. Bu haqda 31 yanvar tarixində Apa-ya istinadən məlumat veririk.

Hadisə Poçt qəsəbəsində qeydə alınıb. “OKA”, “VAZ 21010” və “Mercedes” markalı minik avtomobilləri toqquşublar. Daha sonra maşınlardan biri “Hyundai” markalı sərnişin avtobusuna çırpılıb. Nəticədə iki nəfər xəsarət alıb.

Şahidlərin sözlərinə görə, qəzanın səbəbkarı “OKA” olub və sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Apa.az saytından foto
Apa.az saytından foto
Apa.az saytından foto
Apa.az saytından foto
Apa.az saytından foto
Apa.az saytından foto

Ən Çox Oxunan