Gəncədə avtobus və minik avtomobilinin toqquşması nəticəsində sonuncunun qapısı əzilib. Bu haqda Gencexeber.az-ın müxbiri 26 oktyabr tarixində məlumat verib.
Hadisə Gəncə Mall-ın qarşısında bu gün səhər saatlarında baş verib. 20 nömrəli marşrutun avtobusu “BMW” markalı maşının sağ ön qapısından vurub. Minik nəqliyyat vasitəsinin qapısı yararsız hala düşüb.
Qəza nəticədə xəsarət alan olmayıb. Hadisə yerinə cəlb olunan polis əməkdaşları araşdırmalar aparıblar.