Şəhərin mərkəzi küçəsində iki nəfərin xəsarət aldığı qəza hadisəsi baş verib. Bu haqda 24 aprel tarixində Gəncəxəbər.az Report.az-a istinadən xəbər verir.
Hadisə şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb. “VAZ” markalı iki avtomobilin toqquşması nəticəsində 23 yaşlı E. Bayramov və 32 yaşlı X. Əsgərov xəsarət alıblar.
Hər iki şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.