25.8 C
Gence
25.8 C
Gence

Gəncədə 6 nömrəli marşrutun daha bir avtobusu qəzaya düşüb

Gəncədə 6 saylı sərnişin avtobusu qəzaya düşüb. Bu haqda dekabrın 25-i Baku.ws-ə istinadən məlumat veririk.

Hadisə şəhərin Bağmanlar qəsəbəsi ərazisində baş verib. “VAZ 2107” markalı avtomobil sərnişin avtobusu ilə toqquşub. Hadisə zamanı xəsarət alan olmayıb.

Qəzaya səbəb yolun buz bağlaması ehtimal olunur. Cəlb olunan polis əməkdaşları araşdırma aparıblar.

Xatırladaq ki, iki gün öncə eyni marşrut xəttinin digər avtobusuna “Mercedes” markalı maşın çırpılmışdır.

Ən Çox Oxunan