Gəncədə təhlükəsizlik kəmərindən istifadə etməyənlər cərimə olunub.
Dövlət Yol Polisi şöbəsinin əməkdaşları şəhər ərazisində keçirdikləri nəzarət-profilaktik tədbirləri davam etdirir.
Növbəti belə tədbir zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər aşkarlanaraq onlarla profilaktik söhbətlər aparılıb.
Polis əməkdaşlarının ay ərzində apardıqları mütəmadi tədbirlər nəticəsində ümumilikdə 100-dən çox sürücü təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə inzibati məsuliyyətə cəlb olunub.