26.4 C
Gence
26.4 C
Gence

Gəncə: bir neçə küçədə asfalt örtüyü yoxdur

Biz Gencexeber.az olaraq, baxımsız halda qalan növbəti küçələr haqqında bugün, 31 avqust tarixində məlumat veririk.

Təqdim etdiyimiz bəzi küçələrdə asfalt örtüyü yoxdur, digərlərində kommunal problemlər yaşanır ki, yollardan sürücülərin və piyadaların istifadəsi çətinləşir:

  1. Sadıllı qəsəbəsi, Dos-101 küçəsində asfalt örtüyü yoxdur. Su borusunun partlaması səbəbindən küçə boyu axan su torpağa qarışır.
  2. Axundov küçəsində də analoji vəziyyət müşahidə olunur. Asfalt örtüyü salınmayıb. Sakinlərin sözlərinə görə, yağışdan sonra hər yan palçıq olur, isti hava şəraitində isə toz nəfəs yollarımıza dolur.
  3. Sədnik Pirsultanlı küçəsində Vərəm əleyhinə xəstəxananın yerləşdiyi ərazidə asfalt döşəməsi mövcud deyil. Oradan keçmək istəyən sürücülər sürəti azaltmalı olurlar.
  4. Həmidə Məmmədquluzadə küçəsində aparılan təmir işləri zamanı yamaqlar vurulub. Sürücülər şikayət edir ki, asfaltın bəzi yerləri eniş-yoxuşlu olduğuna görə, avtomobilin alt hissəsi sürtülür.
  5. Müseyib Bağırov küçəsində isə sürücülərin şikayətləri ondan ibarətdir ki, yola yamaq vurulan zaman altı bərkidilməmişdir. Yolun bir çox hissəsində eniş-yoxuşlar əmələ gəlib. Ən narahat edici hal odur ki, kanalizasiya quyuların ətrafları çökdüyündən, onlar gecə vaxtı təhlükə mənbəyinə çevrilir.

Daha öncə, Şəhərin Müslüm Maqomayev, Əhməd Cəmil, Adil Ziyadxanov, Ozan küçələrində, Cavadxan (Avtozavod) və Sevinc qəsəbələrindəki əksər yollardakı vəziyyəti işıqlandırmışdıq.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan