10.8 C
Gence
10.8 C
Gence

Gəncə: “Avtobusa minmək üçün iki kilometrə yaxın piyada getməli oluruq”, – deyə, sakin bildirib

Gəncənin Cavadxan qəsəbəsində sözügedəcək ərazidə yolların asfalt örtüyü yoxdur. Mövcud vəziyyət haqda Gencexeber.az-ın izləyicisi 23 oktyabr tarixində xəbər verib.

Qeyd olunan hal sakinlərin adlandırdıqları “Cücə” zavodunun yanında müşahidə olunur. Əldə etdiyimiz məlumata əsasən, ictimai nəqliyyat sözügedən ərazidə fəaliyyət göstərmir.

“Bu yolda rahat maşın sürmək olmur. Avtobus gün ərzində 10 dəfə bura gəlib-getsə, sabah sürücü gərək təmirə aparsın maşınını”, – deyə sakin söyləyib.

Digər sakin deyib ki, 20 nömrəli avtobusa minmək üçün iki kilometrə yaxın piyada getməli oluruq. Yolun kənarı isə zibillikdir. Yağışlı havada palçıq içində hərəkət edirik. Taksi çağıranda gəlmir ki, maşın dağılır siz tərəflərdə.

Daha öncə, “Kəpəz” bazarı (Sərçə bazarı) yanında yolların vəziyyəti haqda xəbər vermişdik.

Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan