Gəncədə bir sıra küçələrdə yol infrastrukturu yenilənir. Bu haqda 3 may tarixində MKTİB-yə istinadən məlumat veririk.
Podratçı şirkət tərəfindən şəhərin İsmət Qayıbov və Mirzə Abbas Abbaszadə küçələrinin kəsişməsində, tanınmış bəstəkarımız Fikrət Əmirovun anadan olduğu küçədə yol yenidən salınır. Adıçəkilən ərazidə piyadaların rahat hərəkətinin təmin edilməsi məqsədilə səki bordürləri düzülür.
Analoji tədbirlər Heydər Əliyev prospektində yerləşən (keçmiş H. Zərdabi küçəsi) ara küçələrində, döngə və dalanlarda da davam etdirilir. Qeyd olunan ərazilərdə yolun nahamar hissələrinə daş, qum səpilir, yeni piyada zolaqları salınır. Sadalanan işlərin yekun mərhələsində isə yolların və piyada zolaqların üzərinə asfalt örtüyü salınacaq.