16.9 C
Gence
16.9 C
Gence

Dubay bazarına aparan yolda lükün ağzı açıq qalıb

Gəncədə bəzi kanalizasiya quyularının qapağı yoxdur. Bu haqda Gencexeber.az-a 10 may tarixində məlumat daxil olub.

Sözügedən hal Tağı Arani küçəsində müşahidə edilir. Belə ki, Dubay bazarına aparan yolda lükün ağzı açıq qalıb. Quyunun içinə budaqlar, qırağına isə daşlar qoyulub.

Qeyd edək ki, şəhər ərazisində bir sıra lüklərin qapaqları yoxdur. Bu hal sürücülər üçün təhlükə yaradır. Bəziləri maşının təkərini quyuya salmamaq üçün yolun əks tərəfinə çıxırlar, bu da qəza şəraiti əmələ gətirir.

Ən Çox Oxunan