21 C
Gence
21 C
Gence

İdarəetməni itirən sürücü qəzaya səbəb olub

Gəncədə avtomobil qəzası baş verib. Bu haqda 7 aprel tarixində Apa-ya istinadən məlumat veririk.

Hadisə şəhərin 28 May küçəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ-21015” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə maşın “VAZ-2106″ya çarpılıb. Zərbənin gücündən sonuncu yol kənarında dayanan taksiyə dəyib.

İlkin məlumata əsasən, qəza zamanı iki nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan