Gəncə sakini qəzaya düşüb. Bu haqda 7 noyabr tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə Beyləqan rayonunda qeydə alınıb. Türkiyə vətəndaşı Murad Kavaklı sükanı arxasında olduğu “Mitsubishi” markalı avtomobilin idarəetməsini itirib. Nəticədə maşın yeni tikilən beton su kanalına aşıb.
Qəza zamanı sürücü, digər Türkiyə vətəndaşları – Kamal Çelik, Əmrə Bakıçı və Gəncə şəhər sakini Emin Məmmədov xəsarət alıblar.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.