Dünyaşöhrətli bəstəkar Qənbər Hüseynlinin abidəsi və ətrafındakı park gül-çiçəklə bəzədilib. Bu haqda 17 mart tarixində Gəncə Şəhər İcra Hakimiyyəti MKTİB-nin mətbuat xidmətinə istinadən xəbər veririk.
Gəncə şəhər MKTİB tərəfindən bəstəkarın abidəsi ətrafında abadlıq-quruculuq işləri görülüb, eləcə də mövsümi güllər əkilib. Yaşıllaşdırma şöbəsinin əməkdaşları tərəfindən abidə ətrafına 150 ədəd sxizantus və 150 ədəd kalseolariya gülləri, park ərazisinə isə 5 ədəd leylandra və 2 ədəd pavloniya ağacları əkilib.
Ərazidəki bütün yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Bundan başqa, MKTİB-nin Təmir-Tikinti və Qəza xidməti şöbəsi tərəfindən Qəmbər Hüseynlinin abidəsi postamentinin bəzi yerlərində qopan plitələr yenilənib, parkın ərazisində bordürlər yuyularaq təmizlənib.
Qeyd edək ki, bu günlərdə bəstəkara ucaldılan abidə ətrafındakı meydanda abadlıq işləri aparılıb. Sözügedən ərazidə uşaqlar üçün attraksionlar və idmansevərlər üçün trenajorlar qurulub. Bundan əlavə, parka oturacaqlar qoyulub, müasir işıqlandırma sistemi çəkilib və zibil qutuları yerləşdirilib.