22.5 C
Gence
22.5 C
Gence

Daha iki küçə gecələr qaranlığa qərq olur

Gəncədə bir neçə küçədə işıqlandırma sistemi işləmir. Bu haqda Gencexeber.az-a 12 may tarixində məlumat daxil olub.

Söhbət şəhərin Nəriman Nərimanov prospektindən gedir. Prospektin 8 və 10-cu döngələri axşam saatlarında işıqlandırılmır. Ərazidə çox sayda əhalinin yaşamasına baxmayaraq, işıq dirəkləri yerləşdirilməyib.

Bu hal sakinlərin narazılığına səbəb olur. Onlar qaranlıqda küçədə gəzməyin təhlükəli olduğunu və qorxduqlarını deyirlər.

Ən Çox Oxunan