21 C
Gence
21 C
Gence

Daha bir ərazidə “zebra” bərpa olunub

Gəncədə piyadaların təhlükəsiz hərəkətinin təmin olunmasına yönəlmiş işlər aparılır. Bu haqda Gencexeber.az-a 4 may tarixində məlumat daxil olub.

Söhbət şəhərin Nizami prospektindən gedir. Aidiyyəti qurumun əməkdaşları bu gün səhər saatlarında Heydər Əliyev adına parkın qarşısındakı yolda  piyadaların hərəkəti üçün nəzərdə tutulmuş “zebra” xətlərini yeniləyiblər.

Qeyd edək ki, şəhərin bir çox hissələrində piyada zolaqları silinib. Bu hal sakinlər üçün müəyyən çətinliklər və təhlükəli vəziyyət yaradır.

Ən Çox Oxunan