Gəncədə daha bir küçə abadlaşdırılır. Bu haqda Gencexeber.az-a 5 may tarixində məlumat daxil olub.
Sözügedən təmir işləri şəhərin Həmid Araslı küçəsində aparılır. Əraziyə aidiyyəti qurumun əməkdaşları və texnikası cəlb olunub. Hazırda yol səthi bərabərləşdirilir. Yol kənarlarına isə bordürlər düzülür.
Bildirilib ki, yaxın günlərdə yollara asfalt örtüyü çəkiləcək.