15.3 C
Gence
15.3 C
Gence

Daha bir küçədə yol infrastrukturu salınır

Gəncədə bu küçənin sakinləri günə xoş xəbərlə başlayıblar. Bu haqda Gencexeber.az-a 25 may tarixində məlumat daxil olub.

Söhbət şəhərin Qaçaq Nəbi küçəsindən gedir. Burada bir müddət öncə bordürlər düzülərək yol səthi bərabərləşdirilmişdi. Bu gün əraziyə canlı qüvvə və texnika cəlb olunub. Hazırda adıçəkilən küçəyə asfalt örtüyü salınır.

Qeyd edək ki, analoji işlərin şəhərin digər ərazilərində də aparılacağı planlaşdırılır.

Ən Çox Oxunan