Gəncədə bordürlər təmir olunur. Bu haqda Gencexeber.az-a 25 may tarixində məlumat daxil olub.
Söhbət şəhərin Əhməd Cəmil küçəsindən gedir. Burada piyada səkilərinin kənarları sökülüb. Həmin yerə yeni bordürlər düzüləcək. Bildirilib ki, daha sonra səkilər də təmir olunacaq.
Ərazidə aidiyyəti qurumun texnika və canlı qüvvəsi çalışır.