Gəncədə küçələrin təmiri prosesi davam edir. Bu haqda Gencexeber.az-a 15 sentyabr tarixində məlumat daxil olub.
Sözügedən işlər şəhərin İsmət Qayıbov və Ozan küçələrinin kəsişməsində aparılır. Ərazidəki köhnə bordürlər yeniləri ilə əvəz edilir.
Bundan öncə yol səthi bərabərləşdirilərək asfalt örtüyü üçün hazır vəziyyətə gətirilib. Bildirilib ki, yaxın zamanda küçə asfaltlanacaq.