23.2 C
Gence
23.2 C
Gence

Daha bir küçədə abadlıq işləri görülür

Şəhər ərazisində yol kənarlarına bordürlər düzülür. Bu haqda Gəncəxəbər.az-a 10 aprel tarixində məlumat daxil olub.

Sözügedən təmir işləri Gəncəçayın sol sahilində yerləşən Məhəmməd Bürcəliyev küçəsində aparılır. Hazırda yol kənarlarında bordürlərin bünövrəsini bərkitmək üçün çınqıl daşlar tökülüb. Yol kənarına bordürlər düzülüb.

Bildirilir ki, bir müddət sonra küçəyə asfalt örtüyü salınacaq.

Xatırladaq ki, Tofiq Süleymanov və Turgenev küçələrində aparılan analoji işlər barədə məlumat vermişdik.

Ən Çox Oxunan