Daşkəsən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı vəfat edən sürücünün Gəncə sakini olması ortaya çıxıb. Bu haqda Gencexeber.az 10 noyabr tarixində Report.az-a istinadən məlumat verir.
Hadisə noyabrın 9-da rayonun Çaylı kəndi ərazisində qeydə alınmışdır. “Man” markalı yük maşının aşması nəticəsində 51 yaşlı Manaf Mürsəlov dünyasını dəyişmişdir.
Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.