Gəncədə avtomobil qəzası baş verib. Bu haqda Gencexeber.az-a 10 aprel tarixində məlumat daxil olub.
Hadisə şəhərin Yeni Gəncə qəsəbəsində, Mehmandarov küçəsində qeydə alınıb. “VAZ 2109” markalı avtomobilin sürücüsü “Daewoo Nexia”nı gözləməyib və dönmə əməliyyatı edib. Nəticədə maşınlar toqquşub.
Əraziyə polis əməkdaşları cəlb olunublar.
Qeyd edək ki, hadisənin 8 aprel gecə saatlarında baş verməsinə baxmayaraq, avtomobillər hələ də həmin yerdə yolun kənarındadırlar.