Gəncədə avtomobil qəzası baş verib. Bu haqda Gencexeber.az-a 18 yanvar tarixində məlumat daxil olub.
Hadisə şəhərin Atatürk prospekti ilə İç Qala küçəsinin kəsişməsində qeydə alınıb. Dönmə əməliyyatını düzgün yerinə yetirməyən “VAZ-2107” markalı avtomobil “Mercedes”lə toqquşub, daha sonra isə yolu keçən gənc piyadanı vuraraq park olunmuş digər maşına çarpılıb.
Nəticədə piyada yüngül xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.