13.6 C
Gence
13.6 C
Gence

İctimai asayişi heçə sayan sürücülərlə bağlı reyd keçirilib

Gəncədə ictimai asayişi nümayişkəranə şəkildə pozan sürücülər saxlanılıblar. Bu haqda noyabrın 18-i Report.az-a istinadən məlumat veririk.

Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində reyd keçiriblər. Yoxlamalar zamanı yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkəranə şəkildə pozan sürücülər yaxalanıblar.

Belə ki, bir qrup gənc özlərinə məxsus avtomobillərə qadağan olunmuş səs siqnalları quraşdırıb. Qanunla qadağan edilməsinə baxmayaraq, nəqliyyat vasitələrinə konstruksiya dəyişikliyi də edilib.

Monitorinq zamanı dəfələrlə barəsində tədbir görülməsinə baxmayaraq, avtomobilin dövlət qeydiyyat nişanını müxtəlif vasitələrlə gizlədən sürücü bu dəfə də məsuliyyətə cəlb edilib.

Polis əməkdaşları tərəfindən sürücülərlə profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb. Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb.

Ən Çox Oxunan