21 C
Gence
21 C
Gence

Bu yol kəsişmələrində piyadalar üçün təhlükəli vəziyyət yaranır

Gəncədə bəzi yol kəsişmələrində “zebra” və işıqfor yoxdur. Bu haqda Gencexeber.az-a 16 may tarixində məlumat daxil olub.

Söhbət şəhərin 3 nömrəli xəstəxanasının qarşısından və Hacı Zeynalabdin Tağıyev ilə Bəxtiyar Əliyev küçələrinin kəsişməsindən gedir. Sözügedən ərazilərdə piyadalar yolu keçməkdə çətinlik çəkdiklərini bildirirlər. Burada piyada zolağı çəkilməyib və işıqfor qoyulmayıb.

3 nömrəli xəstəxananın qarşısındakı ərazidə Fətulla Həsənov küçəsi Əli Məmmədov küçəsinə keçir, sonuncu isə Həsən bəy Zərdabi küçəsi ilə kəsişir. Burada dairə yerləşir. Ərazidə maşınların intensiv hərəkəti piyadalar üçün çətinlik və təhlükə yaradır.

“Yolu keçmək üçün 15-20 dəqiqə gözləməli oluruq. Bu ərazi piyadalar üçün çox təhlükəlidir. Küçəni əks tərəfə keçmək ancaq sürücülər yol verdiyi halda mümkündür. Amma bəzi avtomobillər buradan çox sürətlə keçir. Yol kəsişməsinə həm piyada zolağı, həm də işıqforlar qoyulsa, yaxşı olar. Burada dəfələrlə qəza şəraiti yaranıb”, – deyə sakinlər bildirirlər.

Ən Çox Oxunan