5.8 C
Gence
5.8 C
Gence

Bu ərazilərdə yolu keçmək istəyən piyadalar təhlükə ilə qarşılaşırlar

Gəncədə piyadaların təhlükəsizliyinin təmin edilməsi istiqamətində bir sıra ərazilərdə işlər görülməyib. Bu haqda məlumat iyunun 3-ü Gencexeber.az-a daxil olub.

Şah İsmayıl Xətai prospektinin fərqli hissələrində “zebra” xətləri silinib. Bu hal axşam saatlarında yolu keçmək istəyən sakinlərin narazılığına səbəb olub. Eyni vəziyyət “Gülər” marketin yanında da mövcuddur.

Üzeyir Hacıbəyli ilə Ələkbər bəy Rəfibəyli küçələrinin kəsişməsi, “Sevincim” şadlıq sarayının yanında piyada zolaqları yoxdur.

Eyni vəziyyət “Dəyirmanın kruqu” adlandırılan dairənin yanında da müşahidə edilir. Hərəkətin xüsusilə sıx olduğu ərazidə piyadalar yolu pərakəndə şəkildə keçirlər.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan