Gəncədə daha iki ərazidə “zebra” xətləri silinib. Bu haqda Gencexeber.az-a 10 may tarixində məlumat daxil olub.
Söhbət şəhərin Nizami prospekti və Mehmandarov küçəsindən gedir. Burada piyada zolaqları var idi. Lakin həmin “zebra”lar silinib. Bu da piyadaların təhlükəsiz hərəkətinə maneə yaradır.
Sakinlər bildirirlər ki, ərazidə yol nişanları qoyulsa da, bəzi sürücülər piyadalara yol vermirlər. Bu da adıçəkilən yerlərdə qəza şəraiti yaradır.