Gəncədə gecə vaxtı işıqlandırılmayan küçələr sakinlər üçün çətinlik yaradır. Bu haqda Gencexeber.az-a 16 sentyabr tarixində məlumat daxil olub.
Sözügedən hal şəhərin Dədə Qorqud kücəsi ilə Nizami Gəncəvi prospektini birləşdirən küçələrdən birində müşahidə olunur. Ərazidə işıqlandırma sistemi çəkilməyib. Bu səbəbdən hava qaralandan sonra sakinlər küçə ilə hərəkət etməkdə çətinlik çəkirlər.
“Zülmət qaranlıq olur buralar. Qarşıdan qış gəlir, uşağı harasa tək göndərəndə narahat oluruq. Küçəmiz işıqlandırılsa, çox sevinərik. Gediş-gəlişimiz rahatlaşar”, – deyə sakinlər qeyd ediblər.