24.7 C
Gence
24.7 C
Gence

Bu ərazidə piyadaların təhlükəsiz hərəkəti üzrə müvafiq işlər görülməyib

Şəhərin mərkəzində piyadaların təhlükəsiz hərəkəti təmin edilməyib. Bu haqda məlumat sentyabrın 21-i Gencexeber.az-a daxil olub.

Söhbət Ruzigar Qasımov küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsindən gedir. Orada piyadaların yolu qarşı tərəfə təhlükəsiz keçməsi üçün nəzərdə tutulan zolaqlar silinib. Bu hal uzun müddətdir ki, davam edir. Lakin mövcud vəziyyətə aidiyyəti üzrə müdaxilə edilməyib.

Sözügedən kəsişmədə asfalt örtüyü bir neçə yerdə çöküb. Bundan başqa, işıqforun qarşısında yerləşən kanalizasiya quyusu bataraq yol səthinə nisbətən xeyli çökəklikdə qalıb.

Ən Çox Oxunan