15.3 C
Gence
12.5 C
Ganja

Bu ərazidəki işıqforların eyni anda bir neçə işığı yanır

Gəncədə bəzi işıqforlar nasaz haldadır. Bu haqda Gencexeber.az-a 8 noyabr tarixində məlumat daxil olub.

Söhbət şəhərin Dədə Qorqud və Rəfiqə Əliyeva küçələrinin kəsişməsindən gedir. Ərazidə dörd işıqfor yerləşir. Onların hər biri nasaz vəziyyətdədir. Hərəkət tənzimləyicilərinin eyni anda iki və ya üç işığı yanır. Bu da sürücülərin çaşqınlığına səbəb olur.

Sakinlər bildirirlər ki, sözügedən hal bir neçə gündür müşahidə edilir. Onların sözlərinə görə, ərazidə qəza şəraiti yaranır.

Ən Çox Oxunan