5.8 C
Gence
5.8 C
Gence

Bu kəsişmədə işıqforlar işləmir

Yol kəsişməsində işıqforlar işləmir. Bu haqda Gencexeber.az-a 9 sentyabr tarixində məlumat daxil olub.

Sözügedən hal Ruzigar Qasımov küçəsi ilə Atatürk prospektinin kəsişməsində müşahidə olunur. Orada yerləşən bütün yol tənzimləyiciləri işləmir.

Bu səbəbdən ərazidə sıxlıq əmələ gəlib. Piyada və sürücülər üçün təhlükəli hal yaranıb. Nəqliyyat vasitələrinin sürücüləri öz aralarında kommunikasiya edərək yollarına davam edirlər.

Ən Çox Oxunan