Gəncənin bir neçə küçənin yol infrastrukturunda çətinliklər yaşanır. Bu haqda məlumat iyulun 1-i Gencexeber.az-a daxil olub.
Şəhərin Cavad Xan küçəsi, 6-cı döngədə yolun avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş hissəsində asfalt örtüyü yararsız haldadır. Kanalizasiya quyusunun ağzı isə müxtəlif əşyalarla bağlanıb.
Gəncə küçəsi, 5-ci döngədə asfalt örtüyü yoxdur. Sakinlərin sözlərinə görə, bu səbəbdən yağışlar yağanda onların və maşınların hərəkəti məhdudlaşır. Orada küçə enliliyində gölməçələr, hər yerdə isə palçıq yaranır.
Aydın Nəbiyev küçəsinin halı digərlərindən fərqlənmir. Ərazidə asfaltın salınmasına ehtiyac var. Orada yaşayanlar maşınlarına ziyan dəyməsindən narazı olduqlarını bildiriblər.

