9.7 C
Gence
9.7 C
Gence

Bu küçələrdə piyada və maşınların hərəkəti məhduddur

Yol örtüyünün istifadəyə yararsız halda olması şəhərin fərqli hissələrində müşahidə edilir. Bu haqda məlumat noyabrın 24-ü Gencexeber.az-a daxil olub.

Şəhər ərazisində asfaltlanmayan küçələrə rast gəlinir. Bəzilərində isə asfalt örtüyü mövcud olsa da,  istifadəyə yararsız vəziyyətdədir.

Sözügedən məsələyə Dadaş Bünyadzadə, İsmayll Xan Ziyadxanov, Rüzgar Qasımov və Ələddin Quliyev küçələrini aid etmək mümkündür.

Bundan başqa, Cavad xan küçəsi 6-cı döngədə kanalizasiya lükünün ağzına dəmir list qoyulub, nişanə kimi iri taxta parçası yerləşdirilib və daşlarla bərkidilib.

Ozan küçəsində yolun örtüyü yaxşı olsa da, vaxt keçdikcə yeni çuxurlar, yarğanlar və xəndəklər əmələ gəlir. Bu səbəbdən hərəkət xeyli çətinləşir.

Ən Çox Oxunan