Gəncədə bir sıra küçələr keçilməz hala düşüb. Bu haqda Gencexeber.az-a 1 may tarixində məlumat daxil olub.
Sözügedən hal şəhərin Heydər Əliyev prospekti (GDU-nun 3-cü korpusunun arxası), Bala Bağman ərazisi, Əlişir Nəvai, Şota Rustaveli, Aida İmanquliyeva, Cəfər Cabbarlı, Mehmandarov, Məmməd Xələfov küçələri, İsmət Qayıbov, 7-ci döngədə müşahidə olunur.
Burada asfalt örtüyü yoxdur. Yağmurlu hava şəraitində küçələrdə çox sayda gölməçələr əmələ gəlir. Günəşli günlərdə isə maşın keçən vaxt toz qalxır.
Bundan başqa, bir neçə gün öncə Mahrasa bağı ərazisində, 16 nömrəli məktəbə gedən yolda avtomobilin təkəri asfalt örtüyündəki çuxura düşüb və nəqliyyat vasitəsi həmin yerdə ilişərək qalıb.