19.7 C
Gence
19.7 C
Gence

Bu küçələrdə asfalt örtüyünə ehtiyac var

Gəncədə bir sıra küçələrdə yol infrastrukturu yoxdur. Bu haqda Gencexeber.az-a 24 may tarixində məlumat daxil olub.

Söhbət şəhərin Vüqar Rzayev, Şıxəli Qurbanov, Xudadat bəy Rəfibəyli, Təbriz, Zəkəriyyə Qəzvini və Ziya Bünyadov küçələrindən gedir. Adıçəkilən ərazilərin əksəriyyətində asfalt örtüyü mövcud deyil.

Bundan başqa, Şıxəli Qurbanov küçəsində işıqlandırma sistemi də yoxdur. Gecə saatlarında ərazi qaranlığa qərq olur.

Ziya Bünyadov küçəsinin bir hissəsinə asfalt örtüyü çəkilib. Lakin qalan ərazidə yol infrastrukturu salınmayıb. Həmçinin asfalt olan hissədə 4 ədəd lükün qapağı yol səthinin səviyyəsindən yuxarıda yerləşir.

Təbriz küçəsində isə bir müddət bundan öncə su və kanalizasiya xətləri çəkilib. Bu vaxt piyada səkilərinin və avtomobil yolunun bir hissəsi qazılmışdı. Həmin yerlər çınqılla doldurulub. Sakinlər asfalt örtüyünün bərpa olunmamasından narazıdırlar. Onların sözlərinə görə, külək əsəndə və ya avtomobillər intensiv hərəkət etdiyi zaman küçədə toz qalxır.

Ən Çox Oxunan