Gəncənin bəzi küçələrində işıqlandırma sistemləri fəaliyyət göstərmir. Bu haqda Gencexeber.az-a 13 aprel tarixində məlumat daxil olub.
Söhbət şəhərin Əttarlar küçəsi, İkinci döngə və Gülüstan qəsəbəsində Qocalar evi küçəsindən gedir. Adıçəkilən ərazilər axşam saatlarında qaranlığa qərq olur. Burada xeyli sayda insan yaşayır. Küçələrin işıqlandırılmaması sakinlər üçün çətinliklər yaradır.
Qeyd edək ki, İcra Hakimiyyəti tərəfindən aparılan işlər çərçivəsində 400-dən çox küçədə 8000 işıq dirəyi quraşdırılması planlaşdırılır.