Gəncədə küçələrin birində qazıntı işləri aparılır. Bu haqda Gencexeber.az-a 4 aprel tarixində məlumat daxil olub.
Söhbət şəhərin Yeni Gəncə qəsəbəsindəki Mehmandarov küçəsindən gedir. Burada 6 nömrəli notariusun yanında yerləşən obyektə qaz xətti çəkilir. Bu səbəbdən yolun avtomobillər hərəkət edən hissəsinin bir parçası qazılıb. Ərazidə “Azəriqaz”ın əməkdaşları işləyirlər.