25.8 C
Gence
25.8 C
Gence

Bu küçədə sakinləri narahat edən bir neçə məsələ var

Gəncədə küçələrin birində sakinlər üçün təhlükəli hal yaranıb. Bu haqda Gencexeber.az-a 21 aprel tarixində məlumat daxil olub.

Söhbət şəhərin Hacı Əli Hüseynzadə küçəsindən gedir. Burada küçənin dar olmasına baxmayaraq, avtomobillərin hərəkəti ikitərəflidir. Bundan başqa, piyada səkiləri də dardır. Sakinlərin sözlərinə görə, səkidə yalnız bir nəfər hərəkət edə bilir.

“Uşağı məktəbdən götürəndə səkinin darlığına görə yanında gedə bilmirik. Məcbur oluruq ya maşın yoluna düşməyə, ya da uşağı qabaqdan göndərməyə. Yaxınlıqda 4, 6 və 27 nömrəli məktəblər yerləşir. Yüzlərlə uşaq bu yoldan istifadə edir. Küçəni əks tərəfə keçmək çox çətindir. Avtomobillərin intensiv hərəkəti təhlükə yaradır. Axşamlar bura işıqlandırılmır. Zülmət qaranlıq olur”, – deyə onlar bildirirlər.

Sakinlər küçənin işıqlandırılmasını və yolun birtərəfli olmasını arzu edirlər.

Ən Çox Oxunan