13.6 C
Gence
13.6 C
Gence

Bu küçədə lükün qapağı maneəyə çevrilib

Gəncədə daha bir kanalizasiya quyusu təhlükə mənbəyinə çevrilib. Bu haqda Gencexeber.az-a 19 noyabr tarixində məlumat daxil olub.

Sözügedən hal şəhərin Əziz Əliyev küçəsində müşahidə olunur. Burada yolun ortasında yerləşən lükün qapağı quyunun ağzına ilişərək maneəyə çevrilib. Sakinlər quyunun içinə xəbərdarlıq üçün budaqlar yerləşdiriblər.

Sürücülər yaranan haldan narazı və narahat olduqlarını bildirirlər.

 

Ən Çox Oxunan