10.3 C
Gence
10.3 C
Gence

Bu küçədə lükün içinə şin yerləşdirilib

Gəncədə bir sıra kanalizasiya quyularının qapağı yoxdur. Bu haqda Gencexeber.az-a 25 yanvar tarixində məlumat daxil olub.

Sözügedən hal Tağı Arani küçəsində müşahidə edilir. Burada kanalizasiya quyusunun ağzı açıq qalıb. Qapağı olmayan quyu barəsində xəbərdarlıq etmək üçün kimlərsə quyuya şin yerləşdiriblər.

Qeyd edək ki, şəhər ərazisində bir sıra lüklərin qapaqları yoxdur. Bu hal sürücülər üçün təhlükə yaradır.

Ən Çox Oxunan